06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan parlamentinin binasında xaos

10.11.2020

Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladığı bəyanatdan sonra İrəvanda etirazlar başlanıb.

Devran Media Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu bəyanatdan sonra etirazçılar Ermənistan parlamentinin binasına daxil olub və oranı dağıdıb.

Etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanı xain adlandıraraq dərhal onun istefasını tələb edirlər.

Ermənistanda Nazirlər Kabinetinin yenidən qurulması tələb edilir.

Parlamentin binasından çəkilən görüntülər Yerevanda xaosun hökm sürdüyündən xəbər verir.