05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir

10.11.2020


Ermənistanın baş naziri Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatından sonra Ermənistan vətəndaşları hökumət binasına hücum ediblər.

 Ermənistan KİV-ləri xəbər verir ki, etirazlar Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı ölkənin baş naziri Nikol Paşinyanın açıqlamasından sonra başlayıb. Etirazçılar hökumət binasına daxil olublar. Etirazçıların Baş nazirin kabinetə girdiyi və ciddi ziyan vurduğu deyilir. Onlar dövlət atributlarını binadan çıxarmaqla öz etirazlarını bildiriblər.

Həmçinin məlumatlara görə parlamentin spikeri Ararat Mirzoyan və başqa bir nəfərin döyülüb. Yüzlərlə etirazçı parlament binasına doğru hərəkət edib.