09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan Putinlə telefonla danışıb

24.01.2018

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıblar.
"Anadolu”-nun verdiyi xəbərə görə, prezidentlər Türkiyə ordusunun Suriyanın Afrin bölgəsindəki əməliyyatını və Soçidə 29-30 tarixlərində Suriya üzrə milli dialoq konqresinə hazırlıq işlərini müzakirə ediblər.
"Ərdoğan əməliyyatın Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına və Afrinin PYD, YPG və İŞİD terror qruplaşmalarından azad edilməsinə yönəldiyini bildirib. Prezident əməliyyatın Suriyanın siyasi vahidlik və ərazi bütövlüyünə töhfə vermək nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb. Ərdoğan Rusiya ilə Suriyaya dair əməkdaşlığa və əlaqələndirməyə böyük əhəmiyyət verdiyini qeyd edib. Liderlər Soçidə Suriyada siyasi nizamlanmaya yol aça biləcək milli dialoq konqresinin keçirilməsi üçün birgə səy göstərməyi davam etdirməyə hazır olduqlarını vurğulayıblar”, - deyə məlumatda bildirilir.