İordaniyada Azərbaycan bayrağı “göz oxşayıb” 
    
                          
     
                         09.11.2020
 
    
                        
İordaniya Haşimilər Krallığının Əmman şəhərində Azərbaycan Respublikasının bayrağı "göz oxşayıb”.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Əmman şəhərindəki "Le Royal” hoteli Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.