04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dövlət Bayrağı Günü Gürcüstanda da qeyd edilir

09.11.2020


Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Gürcüstanda da geniş qeyd edilir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər planı hazırlanıb.

Tədbirlər planı çərçivəsində Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan, küçə və prospektlərində quraşdırılmış monitorlarında Azərbaycanın üçrəngli bayrağı nümayiş etdirilir.

Şəhərin Azadlıq meydanı, Birinci Respublika meydanı, Vağzal meydanı, mərkəzi Rustaveli prospekti və digər 5 mərkəzi yerlərdə qurulan iri monitorlarda Azərbaycan bayrağının yer aldığı çarx gün ərzində göstəriləcək.

Azərbaycan bayrağının Tbilisinin mərkəzi küçə, meydan və prospektlərində nümayiş etdirilməsi sakinlərin və qonaqların marağına səbəb olub.