04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəngilan zastavalarında Azərbaycan bayrağı ucaldılıb

08.11.2020


İşğaldan azad edilmiş Zəngilan rayonu ərazisindəki Məmmədbəyli, Şərifan, Muğanlı, Tiri və Mincivan sərhəd zastavaları üzərində bu gün Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.

Bu münasibətlə keçirilən tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi yad olunub. Bildirilib ki, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi Azərbaycan Respublikasının dövlət sərhədlərinin təhlükəsizliyinin təminatı üçün son dərəcə vacib hadisə olub və hər bir Azərbaycan sərhədçisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Qeyd olunub ki, sentyabrın 27-dən bu günədək 218 kənd və qəsəbənin, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli şəhərlərinin, bu gün isə Şuşa şəhərinin düşmən tapdağından azad etməsi Müzəffər Ali Baş Komandanı olan Azərbaycan Silahlı Qüvvələrinin, qüdrətli Prezidenti olan Azərbaycan dövlətinin, müdrik və qətiyyətli lideri olan Azərbaycan xalqının böyük qələbəsidir.