04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xocavənd istiqamətində düşmən ciddi itkilər verir

08.11.2020


Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının 2-ci və 4-cü taborları şəxsi heyət və hərbi texnikada itkilərə məruz qalıb. Alayın döyüş təminatında, silah-sursat təchizatında çatışmazlıqlar var.

Bölmələrimizin 120 mm-lik minaatan batareyalarının atəş zərbələri nəticəsində cəbhənin Xocavənd istiqamətində olan Ermənistan silahlı qüvvələrinin 3-cü motoatıcı alayın bölmələrinin şəxsi heyəti arasında da xeyli sayda ölən və yaralananlar var. Məlum olub ki, alayın bölmələrdən birinin komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq qaçıb.

Xocavənd rayonunun Qırmızı Bazar məntəqəsinin ətrafındakı düşmən bölmələrinin mövqelərinə də artilleriya zərbələri endirilir.