04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azad Şuşanın “Azersky” peykindən əldə edilmiş təsviri

08.11.2020


Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və məğlubedilməz Ordumuzun əzmkarlığı xalqımıza 28 il yarım intizarla gözlədiyi zəfər zirvəsini – Şuşanı bəxş etdi!

"Azərkosmos” ASC-dən  bildirilib ki, Şuşa şəhəri erməni işğalından azad olunduqdan sonra "Azersky” peyki ilə çəkilmiş təsviri təqdim olunub.

Əzəli torpağımız olan Şuşa daim erməni işğalçılarının diqqət mərkəzində olub. İşğal altında olduğu illər ərzində "Qafqazın sənət məbədi”, "Şərqin konservatoriyası” adlandırılan Şuşada erməni vandalları tərəfindən dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, əvəzolunmaz xanəndə Bülbülün ev-muzeyləri, Şuşa qalasının divarları, Pənah xanın sarayı, "Gövhər ağa”, "Mərdinli”, "Saatlı” məscidləri və digər dəyərli tarixi abidələr talan edilib və dağıdılıb. Ermənistan Şuşanın təbiətinə də ciddi zərər vurmaqla genişmiqyaslı ekoloji terror törədib.

Lakin Ordumuzun zəfər yürüşü sayəsində tezliklə düşmənin vurduğu bütün yaralar sağalacaq!

Biz zəfər çalacağıq!

Eşq olsun müzəffər Azərbaycan Ordusuna!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!