04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"300-dən çox seçkiçi səsi ilə qələbə qazanmağa hazırlaşırıq”

07.11.2020


ABŞ prezidenti postuna demokratların namizədi Cozef Bayden seçkilərdə qalib gələcəyinə əmin olduğunu bəyan edib.

CNN telekanalı xəbər verir ki, Cozef Bayden 74 milyon seçicinin səsini qazandığını və bunun Birləşmiş Ştatlar tarixində ən yüksək nəticə olduğunu deyib.

"Rəqəmlər hər şeyi göstərir: biz seçkilərdə qələbə qazanırıq. Arizonada, Nevadada qalib gəlirik. Nevada ştatında üstünlüyümüz iki dəfə artıb. 300-dən çox seçkiçi səsi ilə qələbə qazanmağa hazırlaşırıq”, - deyə o bildirib. Tərəfdarlarını sakitliyi qoruyub saxlamağa çağıran Bayden əlavə edib ki, səslərin hesablanmasınının dayandırılmasına imkan verməyəcək.

Qeyd edək ki, noyabrın 3-də Birləşmiş Ştatlarda prezident seçkiləri keçirilib. Amma hələlik qalib müəyyən olunmayıb. Bir sıra ştatlarda səslərin sayılması davam edir. ABŞ-ın aparıcı telekanallarının hesablamasına görə, Bayden 264 seçkiçi səsi ilə (qalib gəlmək üçün altı səs qalır) liderlik edir, hazırkı prezident Donald Tramp isə 214 səs yığıb.