08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiya və Çin:biznes səfərləri bərpa ediləcək

07.11.2020


Yaponiya və Çin hökumətləri koronavirus pandemiyası səbəbindən iki ölkənin vətəndaşlarına tətbiq edilən məhdudiyyətlərin noyabrın ortalarından başlayaraq yumşaldılması barədə razılığa gəlib.

Kyodo agentliyi xəbər verir ki, bu yumşaldılma yalnız işgüzar və biznes səfərlərinə tətbiq olunacaq.

Yaponiyada oktyabrın 1-dən koronavirus pandemiyasına görə xarici vətəndaşların bu ölkəyə gəlişinə qoyulan məhdudiyyətlər yumşaldılıb. Birinci mərhələdə bu, Yaponiyada uzun müddət qalmaq hüququna malik olanlara, həmçinin səhiyyə, təhsil, mədəniyyət və işgüzar dairələrin nümayəndələrinə tətbiq edilib. Bu qayda Yaponiyada təhsil alan əcnəbi tələbələr da şamil olunub. Bununla yanaşı, bu yumşaldılmalar turizm sahəsi üçün nəzərdə tutulmayıb.

Qeyd edək ki, son aylar Yaponiya hökuməti Asiya-Sakit Okean regionunun koronavirusun yayılmasının sabit olduğu 16 ölkəsi ilə yumşaldılmaların tətbiqini araşdırır. Bunun ilk növbədə Yaponiyada uzun müddət qalmaq səlahiyyəti olan biznes dairələrə aid olacağı bildirilir. Yumşaldılma həmin siyahıya daxil olan Vyetnam, Tailand, Malayziya, Kamboca, Laos, Myanma və Sinqapur vətəndaşlarına artıq şamil edilib. Bununla bərabər, Koreya Respublikası, Avstraliya, Yeni Zelandiya və bir sıra digər ölkələrlə də müvafiq danışıqların aparıldığı bildirilir.

Xatırladaq ki, Yaponiya hökuməti koronavirus pandemiyasına görə ABŞ, Avropa İttifaqı və Cənub-Şərqi Asiya ölkələri, həmçinin Çin, Rusiya, Azərbaycan, Belarus və Ukrayna da daxil olmaqla 160 ölkədən vətəndaşların gəlişini dayandırıb.