29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“iPhone 12” və “iPhone 12 Pro” alana HƏDİYYƏ

06.11.2020

Dünyada ən güclü performansa malik "iPhone 12” və "iPhone 12 Pro” telefonları "Azercell Eksklüziv” mağazalarında artıq satışdadır. "Azercell” ənənəvi olaraq "iPhone” pərəstişkarlarını diqqət mərkəzində saxlayır və internetin inanılmaz sürətini "Apple” brendinin yeni nəsil telefonları vasitəsilə ölkənin ən yüksək keyfiyyətli 4G şəbəkəsində hiss etmək imkanı yaradır. Lider mobil operator "Azercell Eksklüziv” mağazalarından "iPhone 12” və "iPhone 12 Pro” smartfonlarını əldə edən hər bir abunəçiyə 3 ay ərzində 50 GB həcmində internet paketi hədiyyə edir.

Xatırladaq ki, ölkənin rəqəmsal həllər təqdim edən mobil operatoru "Azercell Telekom” MMC, həm də Azərbaycanda "Apple” şirkətinin yeganə rəsmi telekom tərəfdaşıdır. Ən qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən "iPhone” telefonları bu dəfə A14 çipi, "LiDAR” skaneri, genişləndirilmiş funksionallığı və daha böyük ekranı ilə gündəmə gəlib.

Yeni "iPhone” smartfonlarının açdığı sərhədsiz imkanları "Azercell” ilə kəşf edin!