29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan ailəsinin yalanı üzə çıxdı

06.11.2020

Ermənilər qan ağlayır, Aşot isə gülür - Paşinyan ailəsinin yalanı
Sosial şəbəkələrin erməni seqmetində Paşinyan ailəsi yenidən sərt tənqid hədəfindədir.

Buna səbəb baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan, oğlu Aşot Paşinyan və parlamentin sədri Ararat Mirzoyanın olduğu fotonun üzə çıxmasıdır.

Belə ki, ermənilər həmin foto ilə Anna və oğlunu ifşa ediblər. Onlar paylaşımlarına istehza ilə "ön cəbhədə" yazıb və Paşinyan ailəsini xalqı aldatmaqda ittiham ediblər.

Göründüyü kimi, bir neçə gün əvvəl Anna Akopyan oğlu Aşotun guya Qarabağa döyüşə getdiyini bildirsə də, bu foto onun yalanını üzə çıxarıb. Dağlıq Qarabağda qızğın döyüşlərin getdiyi, erməni əsgərlərin Azərbaycan Ordusu tərəfindən məhv edildiyi bir məqamda Paşinyanın oğlunun gülərək foto çəkdirməsi hiddət doğurub. Ermənilər Paşinyan ailəsini tənqid edərək, insan həyatının onlar üçün dəyərsiz olduğunu bildiriblər.

"Müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç bir əhəmiyyət daşımır. Onlar üçün yalnız ambisiyalar, naməlum qüvvələr qarşısındakı öhdəliklər, dumanlı siyasi hesablaşmalar mövcuddur və bunun bədəlini erməni xalqı çox ağır ödəyir. İndiki hökumət bilməlidir ki, bu gün, sabah, bir həftə sonra, bir ay sonra qisas vaxtı çatacaq. Ermənistan hakimiyyəti bunun cavabını verməlidir”, - deyə Ermənistanın "168.am” nəşri yazıb.