29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrəvan işğaldan əl çəkməsə, sülh olmayacaq

06.11.2020

Üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimi Ermənistan tərəfindən pozulub. Burada məqsəd vaxt udmaq, yeni yardım almaq və itirilmiş mövqeləri geri qaytarmaq olub. Bu plan alınmadıqda isə Azərbaycanın şəhərləri hədəf götürülüb, dinc sakinlər qətlə yetirilib, hərbi cinayət törədilib. Budur Ermənistanın iç üzü.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistan kompromis anlayışı ilə mövcud vəziyyətini manipulyasiya etməyə çalışır:

"Ölkə başçısı çıxışı zamanı bir daha bəyan etdi ki, Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli Azərbaycana təqdim edilməyib. Düşmən məğlub və aciz vəziyyətdə olmasına baxmayaraq, israrla iddialı davranır və itirilmiş mövqeləri bərpa etmək üçün müxtəlif vasitələrə əl atır. Mövcud vəziyyət hər mənada bizim lehimizədir. Ermənistan boş və mənasız israrından əl çəkməli, ən yaxşı variant kimi məğlubiyyətini qəbul edərək yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməlidir. Sentyabrın 27-dən ötən vaxt ərzində Ermənistanın bu istiqamətdə heç bir addım atmaması onun vəziyyətini daha da ağırlaşdırıb. Məsələ ondadır ki, bu, Ermənistanın demoqrafik vəziyyətini də kəskin pisləşdirəcək. Erməni xalqı məhv olmaq istəmirsə, torpaqlarımızı tez bir zamanda tərk etməli, işğaldan əl çəkməlidir. Əks təqdirdə bunu Ali Baş Komandan və Azərbaycan Ordusu edir və edəcək”.