09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

260 terrorist zərərsizləşdirilib

24.01.2018

Türk Silahlı Qüvvələri Afrindəki Olgun'un əməliyyatında PKK / KCK / PYD-YPG və DEAŞ terror təşkilatının ən az 260 terrorçusu təsirsiz hala gətirilib.
Baş qərargah Rəisinin intenet saytından yayılan məlumatında deyilir ki,Türk Silahlı Qüvvələri tərəfindən, sərhədlərimizdə və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə, Suriyanın şimal-qərbində Afrin bölgəsində, PKK / KCK / PYD-YPG və DEAŞ-a mənsub terroristləri təsirsiz hala gətirmək və dost və qardaş bölgə xalqını bunların təzyiq və zülmündən qurtarmaq üçün 20 yanvar 2018-ci il tarixindən başlayan "Zeytunlu Meşə Əməliyyatı" dünən axşamadək planlaşdırıldığı kimi davam edib.
Hərəkat, ölkəmizin beynəlxalq hüquqdan qaynaqlanan hüquqları, BMGK'nın terrorla mübarizəyə istiqamətli xüsusilə 1624 (2005), 2170 (2014) və 2178 (2014) saylı qərarları və BMT müqaviləsinin 51-ci maddəsindəki qanuni müdafiə Haqqı çərçivəsində, Suriyanın ərazi bütövlüyünə hörmət prinsipləri pozulmadan həyata keçirilir.
Hərəkat daxilində, 23 yanvar 2018 tarixində Ömər Uşağı Kuzeyi / Suriya bölgəsində PKK / KCK / PYD-YPG və DEAŞ terror təşkilatı ünsürləri ilə döyüşlərdə bir qəhrəman Türk əsgəri şəhid olmuş, bir qəhrəman silah yoldaşımız isə yaralanmışdır.
Bölgədən indiyə qədər əldə edilən məlumatlara görə ən az 260 PKK / KCK / PYD-YPG və DEAŞ terror təşkilatı mənsubunun təsirsiz hala gətirildiyi müəyyən edilmişdir.