04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xədicənin taleyi ilə bağlı açıqlama

06.11.2020

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin ballistik raketlə vurulması nəticəsində valideynlərini və bacısını itirən Şahnəzərli Xədicə Röyal qızı ilə bağlı kütləvi informasiya vasitələrində və internet resurslarında məlumatlar yayılmışdır. Bu görüntülər haqlı olaraq cəmiyyətdə narahatlığa səbəb olmuşdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Verilən məlumata görə, qurum nümayəndələri vəziyyəti araşdırmaq məqsədilə ailəyə səfər ediblər. 3 yaşlı Ş.Xədicə Samux rayonu Seyyidlər kəndində ana nənəsinin himayəsindədir, yaşadığı ev uyğun şəraitlidir və psixoloji vəziyyəti normal olaraq qiymətləndirilir.

Hazırda kütləvi informasiya vasitələrində yayılmış məlumatı nəzərə alaraq bildiririk ki, azyaşlı Komitə tərəfindən nəzarətə götürülüb, qiymətləndirilmə aparılaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın ən yaxşı maraqlarına uyğun tədbirlər görüləcəkdir.

Qeyd edək ki, həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətə ətraflı məlumatlar təqdim ediləcəkdir.