04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əsgərlərin faizi deyil, borcları da dondurulsun

06.11.2020

Ordumuz qələbə əldə edəcək, buna heç bir şübhə yoxdur.

Bu sözləri deputat Erkin Qədirli Milli Məclisdə çıxışı zamanı deyib.

O, əlavə edib ki, belə bir dövrdə bankların hərbçilərin kreditlərinin dondurulması ilə bağlı verdiyi qərar alqışa layiqdir.

Deputat bildirib ki, millət vəkili kimi onlara müəyyən təkliflər daxil olur:

"Hesab edirəm ki, hərbçilərin səfərbərliyə qədərki nəinki faiz, hətta borcları da dondurulmalıdır. Səfərbərliyə alınanların buna hüquqi və mənəvi haqqı çatır”.

Erkin Qədirli deyib ki, vətəni müdafiə etmək də borcdur:

"Bunu yerinə yetirənlər başqa borclar haqqında düşünməməlidir”.