04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Siyavuş Novruzov: Hərbçilərə diqqət hər zaman olmalıdır

06.11.2020

"Hərbçilərə diqqət hər zaman olmalıdır və bu, Azərbaycanda var”.

Bunu Milli Məclisin iclasında "Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, bu gün bu proseslərin yeganə qəhrəmanı var - o da Ali Baş Komandandır: "İstər beynəlxalq təşkilatlar, istərsə də məkrli qüvvələr qarşısında Ali Baş Komandan sinəsini qabağa verib. Əsgər, zabit hər zaman olub, amma onun rəhbəri olmayıb. İndi onun rəhbəri də var. Bu gün hər kəs çalışır, öz əməyini qoyur. Parlamenti sədri kimi siz beynəlxalq təşkilatlara müraciətlər edirsiniz, səfirləri qəbul edirsiniz, deputatlar efirlərə çıxırlar və s. Biz bu gün bu əməyi özümüzün reklamımıza çevirməməliyik. Döyüşü aparan əsgərin, Ali Baş Komandanın haqqına girməməliyik. Biz onların apardığı döyüşün nəticələrini ictimaiyyətə çatdıra bilərik”.