05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni keşişindən Paşinyana Ruhi Xəstə yaraşdırması

06.11.2020

Nikol Paşinyan ruhi xəstədir, Ermənistanı fəlakətə sürükləyir - Erməni keşiş

Nikol Paşinyan ruhi xəstədir, müalicəyə ehtiyacı var. O, Ermənistanı fəlakətə sürükləyir.

Devran Media Trend-ə istinadla xəbər verir ki, bunu Moskvadakı Müqəddəs Pyotr monastırının keşişi Ruben Mkrtçyan sosial şəbəkələrdə etdiyi paylaşımda deyib.

Keşiş bildirib ki, Qarabağdakı savaşa baxın... Ermənistanda kimsə acı həqiqətləri dinləmək, etiraf etmək istəmir:

"Paşinyanı hakimiyyətə gətirənlər onun psixikasında ciddi problemlər olduğunu bilirdilər. İndi bunu biz də bilirik. Belə nöqsanları olan insan heç bir ölkədə məsuliyyətli vəzifə tuta bilməz, tutmamalıdır.

Əfsuslar olsun ki, Ermənistanda hələ də bəziləri Nikolun nə isə edə biləcəyinə inanırlar. Onlara zaman lazımdır ki, anlasınlar. Nikolsuz daha az itkilərimiz olacaq. Nikol getməlidir".