15 09 2025-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Çikaqo yollarında “Karabakh is Azerbaijan” şüarı

06.11.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Çikaqo ştatının mərkəzi yollarında Azərbaycan bayrağının təsviri ilə "Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb. Lövhələrdə ermənilərin mülki azərbaycanlıları hədəfə aldığı da qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mərkəzin rəhbəri Fərid Məmmədov bildirib ki, daha çox insanın görməsi üçün elektron lövhələr "Ohare” beynəlxalq hava limanından şəhərə gələn yolda, eləcə də "James Addams Memorial Tollway”, "River Road” yolunun üzərində quraşdırılıb. Bu ənənə ABŞ-ın digər şəhərlərində də davam etdiriləcək.

Həmvətənimiz bildirib ki, Ermənistanın işğalçılıq və terror siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ABŞ-da yaşayan azərbaycanlılar əllərindən gələni edirlər.