05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid Müşfiq Abbasov və övladları

06.11.2020

Oğlanları ilə birgə döyüşüb şəhid olan ata...
 
İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən iki oğlu ilə birlikdə döyüşlərə gedən və şəhid olan Müşfiq Abbasovun övladları hələ də döyüşür.

Devran Media AzTV-yə istinadən xəbər verir ki, Ağdam rayonunun Abdalgülablı kəndindən məcburi köçkün düşən M.Abbasov oğulları Şamil və İntiqamla birgə sentyabrın 27-dən başlayan döyüşlərə qatılıb.

Müşfiq Abbasov Birinci Qarabağ müharibəsində də qardaşları ilə birgə döyüşübmüş.

Onun oğlu Şamil Abbasov deyib ki, atası lap uşaq yaşlarından onlara silahla davranmağa öyrədib, sanki bu gün üçün döyüşlərə hazırlaşdırıb.