ABŞ-dakı səfirlikdən orada yaşayan həmyerlilərimizə müraciət 
    
                          
     
                         06.11.2020
 
    
                        Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkədə yaşayan həmyerlilərimizə müraciət edib.
Bununla bağlı səfirliyin rəsmi "Facebook” hesabında məlumat yerləşdirilib.
"ABŞ-da yaşayan soydaşlarımızın və vətəndaşlarımızın diqqətinə! Son günlərdə erməni radikallarının təxribatçı fəaliyyətlərini, eləcə də mümkün təhdidlər barədə daxil olan müvafiq məlumat və siqnalları nəzərə alaraq, bir daha olduqca ehtiyatlı davranmağınızı və hər hansı təxribatdan uzaq durmağınızı xahiş edirik.
Təhlükə yaradan hallar olduğu təqdirdə yerli mühafizə orqanları və Səfirlik ilə +1 202-560-3583 nömrə vasitəsi ilə əlaqə saxlamağınızı tövsiyyə edirik”, - müraciətdə deyilir.