05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qubadlının gəzməli-görməli yerləri - VİDEO

05.11.2020

Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Qubadlının gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlanıb.

Bu haqda Agentliyin sədri Fuad Nağıyev rəsmi tvitter səhifəsində etdiyi paylaşımla məlumat verib.

"30 il ərzində erməni vandalizmi nəticəsində bir çox turistik məkanlarımız viran edilib. Qələbədən sonra Qarabağın turizm potensialı inkişaf etdiriləcək”, - deyə F. Nağıyev qeyd edib.

Çarxda Qubadlının görməli yerləri, o cümlədən XIX əsrə aid olan məşhur "Hacı Bədəl” körpüsü, 1867-ci ildə Bərgüşad çayının üzərində altı oval, üstü düz bir formada inşa edilən Laləzar körpüsü, ХVIII əsrə aid edilən Məmər kəndindəki tarixi məscid, Azərbaycanın səkkizguşəli türbələri arasında unikal formaya malik "Gürcülü türbəsi”, Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşhədi Allahverdi bulağı kimi müalicəvi bulaqlar, VI və VII əsrlərə aid alban abidələri, Qubadlının simvolu hesab edilən özünəməxsus qoç heykəllər və qoç qəbir daşları, V əsrə aid Göy Qala, Qalalı kimi qədim qalalar haqqında məlumatlar təqdim olunur.