08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hikmət Hacıyev 80 jurnalistin açıqlamasına münasibət bildirdi

05.11.2020

"Sərhədsiz reportyorlar” təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var: "Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə olan məlumata görə hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir”.