07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden seçilsə, qısa müddətdə Bakı ilə...

05.11.2020

Bayden qələbəyə doğru inamla addımlaması Ermənistan və digər əleyhdarlarımız tərəfindən məmnunluqla qarşılansa da, Azərbaycanın ABŞ-la münasibətlərdə mənfiyə doğru dəyişən heç nə olmayacaq.

Bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib.

O bildirib ki, seçki öncəsi səsləndirilən şüarlar daha çox elektoratın rəğbətini qazanmağa hesablanmışdısa, seçkidən sonra qalib tərəf daha ehtiyatlı və məsuliyyətli davranacaq:

"Ən qısa zamanda potensial ABŞ Prezidenti Bayden ilə Azərbaycan Prezidentinin, eyni zamanda Türkiyə Prezidentinin sıx və faydalı təmaslarının şahidi olacağıq. Bu da bir həqiqətdir ki, bizimlə hesablaşmayanları bizimlə hesablaşmağa məcbur etməyi bacardıq.

Prezident İlham Əliyev Ermənistanın qızğın tərəfdarları, müttəfiqləri hesab edilən dövlətləri ərazilərimizin işğaldan azad edilmə prosesində mümkün qədər neytral saxlamağa müvəffəq oldu.

Bu, böyük məharət və ustalıq tələb edən bir hadisədir, eyni zamanda, ölkə başçısının məqsədəmüvafiq strategiyasının nəticəsində güclü və etibarlı ölkə kimi tanınmağımızın faydası da danılmazdır. Yəni istənilən supergüc Azərbaycanla qarşılıqlı-faydalı münasibət qurmaqda maraqlıdır.

Sükan etibarlı əllərdədir!”