03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ”ı oxuyan yaralı əsgər müğənni imiş

05.11.2020

Sosial şəbəkələrdə xəstəxana otağında mahnı oxuyan yaralı əsgərin videosu yayılıb.

Görüntülərdə həmin əsgərin "Qarabağ” mahnısını ifa etdiyi əks olunub. Həkimlərin ilkin tibbi müdaxiləsi zamanı onun canlı ifası rəğbətlə qarşılanıb.

Məlum olub ki, sözügedən şəxs müğənni Məbud Əhmədovdur. Xanəndə kimi fəaliyyət göstərən Əhmədov Azərbaycan Dövlət Musiqili Teatrın solistidir. İfaçı həmçinin ATV kanalında yayımlanan "Üçümüz” proqramının bek-vokalçısıdır.