04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı yazıçının əsəri Rusiyanın nüfuzlu ədəbiyyat mükafatının qısa siyahısına düşüb

05.11.2020

Rusiyanın nüfuzlu "NOS” ədəbiyyat müsabiqəsinin qısa siyahısı elan olunub.

Siyahıda 28 yaşlı azərbaycanlı yazıçı Rəhim Cəfərovun "Sato” adlı fantastik romanı da yer alır.

Müsabiqənin finalçıları 2021-ci ilin əvvəlində elan ediləcək.

Qeyd edək ki, 28 yaşlı Rəhim Cəfərov Rusiyada yaşayır. "Mark və Ezra”, "Sato” kimi romanların müəllifidir.

Xatırladaq ki, "NOS” ədəbiyyat mükafatı Mixail Proxorov Xeyriyyə Fondu tərəfindən Nikolay Qoqolun şərəfinə 2009-cu ildə təsis olunub. Müasir ədəbiyyatda uğur qazanan müəlliflərə təqdim edilir. Mükafatı əldə edənlər arasında Viktor Pelevin, Vladimir Sorokin və başqa məşhur rus yazıçıları var.