04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHNdən maarifləndirmə təlimi

05.11.2020

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq dinc əhalinin sıx yaşadığı ərazilərimizi, o cümlədən döyüş meydanından kənarda yerləşən yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutması halları davam edir.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə, təcavüzkar Ermənistan tərəfi dinc sakinləri hədəfə almaqda davam etdiyindən əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif maarifləndirmə tədbirləri də həyata keçirilir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi də həmin tədbirlər çərçivəsində dinc sakinlər arasında maarifləndirmə işinin genişləndirilməsi üçün çap materialları (maarifləndirici vərəq və plakatlar, bröşürlər, istiqamətverici plakatlar) dərc edib. Müxtəlif məzmunlu maarifləndirici çap materialları cəbhəyanı ərazilərdə və düşmən tərəfinin hədəfinə çevrilmiş digər yaşayış məntəqələrinin əhalisi arasında paylanılır və müvafiq maarifləndirmə işləri aparılır.