03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millət vəkilindən nəqliyyatda sıxlıqla bağlı HƏYƏCAN TƏBİLİ

04.11.2020

"Koronavirusun yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatla bağlı daha ciddi tədbirlər görülməlidir”.

Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Millət vəkili qeyd edib ki, nəqliyyatda sıxlıq ciddi fəsadlarla nəticələnə bilər:

"Bunun üçün ictimai nəqliyyatla bağlı ciddi işlər görülməlidir. Pik saatlarda avtobuslarda sosial məsafənin olmasını müşahidə etmirik. Əksinə, avtobuslarda sıxlıq görürük. Təbii ki, bu da koronavirusun yayılması üçün çox təhlükəlidir. Bununla bağlı effektiv tədbirlər görmürük”.

Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirusa (COVID-19) 1242 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 15 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 12484 nəfər olub.

Ölkədə son sutka ərzində 11159, hazırkı dövrədək isə 1 379 779 test aparılıb. Ümumi ölənlərin sayı 768 nəfərdir. Ümumi yoluxanların sayı 58 282 nəfər, ümumi sağalanların sayı 45 030 nəfərdir.