04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan məhbusların cəbhəyə göndərilməsini rəsmən təsdiqlədi

04.11.2020

Ermənistan Ədliyyə Nazirliyinin rəhbəri Rüstəm Badasyan parlamentdə çıxışında bildirib ki, idarəsi Azərbaycana qarşı döyüşməyə könüllü getmək istəyən məhbusları göndərməyə razıdır.

Bu barədə "Vestnik Kavkaza” xəbər yayır.

O, eyni zamanda, deyib ki, bu cür könüllü məhbusları rəsmiləşdirmək və amnistiyaya riayət olunması vacibdir:

"Bu məsələ artıq baş prokurorluqdadır, amma belə bir proses davam edir. Ədliyyə Nazirliyinin mövqeyinə gəldikdə, biz hər bir vətəndaşın səmimi niyyətinin tərəfdarıyıq”.

Badasyan onu da qeyd edib ki, həbsxanadakıların çoxu artıq işlərini buraxıb könüllü olaraq cəbhəyə gediblər, yəni indi məhbusları qoruyacaq heç kim yoxdur.