28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin 81 vilayətində yeni məhdudiyyətlər

04.11.2020

Türkiyənin 81 vilayətində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində yeni məhdudiyyətlər tətbiq edilib.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin 81 vilayətə göndərdiyi qərarda bildirilib.

Yeni məhdudiyyətlərə görə, bazarlar, marketlər, ictimai nəqliyyat, küçə və prospektlər, parklar, alış-veriş mərkəzləri kimi insanların kütləvi toplaşdığı yerlərdə nəzarət tədbirləri gücləndiriləcək.

İctimai iaşə müəssisələri, bərbərxanalar, gözəllik salonları, mərasim evləri, idman zalları, internet kafelər, bilyard salonları, əyləncə mərkəzləri, konsert salonları, üzgüçülük hovuzlarının iş vaxtı saat 22:00-dək müəyyən edilib.

Eyni zamanda, bütün özəl sektora uzaqdan iş rejiminə keçmək tövsiyə edilib.

Qeyd olunub ki, bu gündən etibarən məhdudiyyətlərə əməl etməyən vətəndaş və müəssisələrlə bağlı ölçü götürüləcək.