28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Donald Tramp qalib gəlir?

04.11.2020


ABŞ Prezidenti seçkilərində səslərin sayılması tam başa çatmasa da, Donald Tramp qələbəsini bayram etməyə hazırlaşır.

DM ABŞ telekanallarına istinadla xəbər verir ki, Ağ evdəki çıxışında dəstəyə görə amerikalılara minnətdarlığını bildirən hazırkı prezident nəticələri fenomenal adlandırıb. "Biz qələbə gözləmədiyimiz ştatları udduq”, – deyən Trampın sözlərinə görə, o, Florida, Ohayo və Texasda qalib gəlib. Artıq aydındır ki, "biz Corciya və Şimali Karolinanı da udmuşuq. Mümkündür ki, Arizonanı da udaq”.

Pensilvaniya, Miçiqan və Viskonsində qalib gəlmək üzrə olduğunu bildirən Donald Tramp deyib ki, qələbə üçün ona hətta bu ştatların hamısı lazım deyil.

O, çıxışının sonunda qələbə işarəsi olaraq yumruğunu qaldırıb.