04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden seçilərsə, ABŞ-ın Türkiyə siyasəti necə olacaq?

04.11.2020

Yaxın saatlarda bütün dünya ABŞ-ın yeni seçilmiş prezidenti olaraq Ağ Evə kimin daxil olacağını öyrənəcək.

 Bundan yalnız ştatların deyil, bütün dünyanın taleyi asılı olacaq.

Bu barədə rusiyalı siyasi müşahidəçi  Kamran Həsənov danışıb.

"Tramp qalib gəlsə, demək olar ki, heç bir şey dəyişməyəcək, amma Bayden qalib gəlsə, Rusiya və Türkiyənin bəxti gətirməyəcək”, - Həsənov bildirib.

K.Həsənovun sözlərinə görə, Bayden ABŞ prezidenti olan kimi onun yeganə tezisi "rəsmi Moskvanı cəzalandırmaq” olacaq:

"Bu vəziyyətdə Moskvanın dəstəyə ehtiyacı olacaq. Rəsmi Kreml bu dəstəyi yalnız Türkiyədən ala bilər, çünki Bayden Ankaraya qarşı da Rusiyaya bəslədiyi qədər düşmənçilik bəsləyir”.