04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vətən Müharibəsi zamanı dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat

04.11.2020

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu Vətən Müharibəsi zamanı dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat hazırlayıb

Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Qarabağ uğrunda gedən Vətən Müharibəsi zamanı dinc əhalinin hədəfə alınması ilə bağlı hesabatı yayılıb.

Hesabat 27 sentyabr – 30 oktyabr 2020-ci il tarixlərində Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən rayonların Ermənistan tərəfindən qadağan olunan raket atəşinə tutulması, mülki şəxslərə dəyən zərər, həyatını itirən insanlara həsr olunub.

Hesabat Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənanyarlı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Ermənistan-Azərbaycan Sülh Platformasının Direktoru Dilarə Əfəndiyeva, Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun katibi Yeganə Tarverdiyevanın birgə səyi nəticəsində hazırlanıb.