04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Ayda dağıntılar altından çıxarılarkən hönkür-hönkür ağladım”

04.11.2020

İzmirdə baş verən dəhşətli zəlzələdən 91 saat sonra sağ tapılan 4 yaşlı Ayda bütün dünyada gündəmə səbəb olub.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, Türkiyə prezidenti R.T.Ərdoğan dağıntılar altında 4 gün mücadilə apararaq qalib gələn Aydanın atasına zəng edib.

Ərdoğan həmçinin, Aydanın atası Uğur Gezginə həyat yoldaşı Figen Gezginin vəfatına görə başsağlığı verib. O, Aydanın xilas edilmə əməliyyatını izlədiyini də bildirib:

"Ayda dağıntılar altından çıxarılarkən hönkür-hönkür ağladım. Rəbbim səbrinizi artırsın. Allah Ayda balamızı sizə, bütün millətə bağışladı. Həmişə dua edirik. Hər dəstəyi göstərəcəyik, sizin yanınızda olacağıq, heç narahat olmayın”.