Ermənistanda koronavirusdan ölənlərin sayı artır 
    
                          
     
                         04.11.2020
 
    
                        Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Yayılan məlumata görə, bir gündə 2374 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 35 nəfər dünyasını dəyişib.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 97150-yə yüksəlib. Ümumilikdə Ermənistanda 1448 nəfər virusdan ölüb.