Bakıda tikinti materiallarının istehsalı 5% artıb  
    
                          
     
                         04.11.2020
 
    
                        Bu ilin yanvar-sentyabr aylarında Bakıda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 5% artaraq 371,9 mln. manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, əvvəlki ilin doqquz ayına nisbətən sementin istehsalı 3,2%, hörmə üçün hazır beton qarışığının istehsalı 23%, asfaltın istehsalı 34,6%, tikinti gipsinin istehsalı isə 6,4 dəfə artıb.