04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kiber cinayətkarların qurbanı olmamaq üçün bunlara əməl edin

04.11.2020

Son zamanlar internet istifadəçilərinə qarşı kiber cinayətkarlığın sayı artıb. Düşmən tərəfindən həyata keçirilən bu cür hücumlarda əsas məqsəd yalnış məlumatlar yaymaqla vətəndaşlarımız arasında çaxnaşma yaratmaq, istifadəçilərə məxsus şəxsi məlumatları əldə etmək və onlara müdaxilə etmək, daha sonra isə bu məlumatlar əsasında daha unikal hücumlar həyata keçirməkdir.

Qeyd edilən təxribatlardan yayınmaq üçün müəyyən qaydalara riayət etmək lazımdır.

Kiber hücumlar zamanı informasiya müharibəsində aktiv iştirak edən şəxslər qurbana çevrilir. Onların sosial şəbəkədəki profilləri bloklanır və ya şəxsi məlumatları ələ keçirilir. Bundan sonra isə həmin istifadəçilər öz profillərinə daxil ola bilmirlər.

Qeyd edək ki, ələ keçirilən profillər dostluqdakı digər istifadəçiləri də təhlükəyə atır.

Belə hallar zamanı əsasən viruslu linklər göndərilir ki, onlara daxil olmaqla qarşı tərəf profilləri ələ keçirə bilir. Həmçinin insanların bank hesabları da kiber hücumlar zamanı thlükə ilə üzləşir.

Mümkün kiber hücumlardan qorunmaq üçün bu qaydlara riayt etmək lazımdır:

İlk növbədə hər bir istifadəçi şifrə məlumatını (elektron poçtlarını) dəqiq bilməlidir.
"Facebook" və "İnstagram"da iki mərhələli təsdiq aktivləşdirilməlidir (Yəni nömrə vasitsəsilə təhlükəsizlik artırılmalıdır).
Göndərilən naməlum linklərə daxil olmamalıyıq.
Mənşəyi bilinməyən VPN-lərdən istifadə edilməməlidir (VPN yükləyərkən onun hansı şirkət və ölkəyə aid olmasına baxmaq lazımdır).