09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Saakaşviliyə 6 il həbs cəzası verildi

28.06.2018

Mixail Saakaşviliyə Tiflis Şəhər Məhkəmesi tərəfindən "şiddət ve səlahiyyətlərindən sui-istifadə etməkdə" günahlandırılaraq 6 il həbs cəzası verildi.
Saakaşvili əsasən Gürcüstan millət vəkili Valeri Gelaşvilinin qaçırılması ve döyülməsi ilə bağlı iddiada günahlandırılır.
Bu Saakaşvilinin ikinci qiyabi həbsidir.
Hollandiyada yaşayan Mixail Saakaşvili bir cinayət işində də vəzifəsindən sui-istifadəyə görə bu ilin yanvar ayında Tiflis Şəhər Məhkəməsindən 3 il həbsə məhkum edilmişdi.
Saakaşvili eyni zamanda Birlemiş Gürcöstan Bankının işçisi Sandro Girgvliani cinayətində də günahkar hesab olunur.
Qeyd edək ki, Saakaşvili 2013-cü ilin noyabr ayında, yeni Dövlət Başçısı Georgi Margvelaşvilinin andiçmə mərasiminin ardından Gürcüstanı tərk etmişdi.