29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da prezident seçkilərində Donald Tramp öndədir

04.11.2020

ABŞ-da prezident seçkilərində ilkin nəticələrə görə Respublikaçıların namizədi, hazırkı Prezident Donald Tramp öndədir.


D. Tramp seçkilərdə səslərin əhəmiyyətli bir hissəsini sayıldıqdan sonra Demokratların namizədi Co Baydeni qabaqlayır.

Seçkilərdən öncə qələbəsi şübhə doğuran bəzi ştatlarda Donald Tramp Co Baydeni qabaqlayıb.


Belə ki, Pensilvaniya (20 Seçicilər Kollegiyası), Ohayo (18 Seçicilər Kollegiyası), Şimali Karolina (15 Seçicilər Kollegiyası), Ayova (6 Seçicilər Kollegiyası) Miçiqan (16 Seçicilər Kollegiyası) və Viskonsin (10 Seçicilər Kollegiyası) ştatlarında Donald Tramp Co Baydendən irəlidədir. Son iki ştatda seçki öncəsi "exit-poll”arda Demokratlar öndə olsa da hazırkı nəticələrə görə Respublikaçılar irəlidədir.


D. Tramp Florida, Ohayo, Kentukki, Kanzas, Luiziana, İndiana, Vyominq, Qərbi Vircinya, Cənubi Karolina, İdaho, Alabama, Mississippi, Tennesi, Oklahoma, Arkanzas, Cənubi Dakota, Şimali Dakota, Missuri, Nebraska, Ayova və Montana ştatlarında qələbə qazanıb.


C. Bayden Havay, Minnesota, Kolorado, Nyu-Meksiko, Kaliforniya, Nyu-Hempşir, Oreqon, Vermont, Virciniya, Vaşinqton, Rod-Aylend, Nyu-York, Nyu-Cersi, Massaçusets, Merland, İllinois, Delaver və Konnektikut, həmçinin Kolumbiya bölgəsində səs çoxluğu ilə qələbə qazanıb.