29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

5 yaşlı Safiyanın təcili müalicəsinə 40 min dollar lazımdır

04.11.2020

Atası cəbhədə döyüşən 5 yaşlı Safiyanın təcili müalicəsinə 40 min dollar lazımdır

Beş yaşlı Bakı sakini Safiya Həsənzadənin təcili köməyə ehtiyacı var.

Uşaq kəskin limfoblast leykozdan əziyyət çəkir. Bu təhlükəli bədxassəli qan sistemi xəstəliyidir. Kəskin limfoblast leykoz uşaq və yeniyetməlik dövründə ən çox rast gəlinən xəstəlikdir. Xəstəlik sümük iliyi, limfa düyünləri, dalaq, digər orqanların zədələnməsi ilə baş verir.

Uşağın ailəsi çox çətin vəziyyətə düşüb. Hazırda Safiya və anası Belarusda yerləşən Onkologiya, Hematologiya və İmmunologiya Elmi-Praktik Mərkəzində müalicə olunur. Uşağın atası isə ailənin bu çətin vəziyyətində Qarabağda gedən döyüşlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edir.