28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Əziz ermənilər, yazıq qurban olduğunuzu söyləməyin”

04.11.2020

"Ciddi deyirəm, əziz ermənilər, mənə "etnik təmizləmələr” və "öz vətəninizi necə müdafiə etdiyiniz” barədə danışmağı dayandırın. Siz Azərbaycan ərazisində savaşırsınız və yüz minlərlə insanı oradan köçkün salmısınız. Ağdam sizin törətdiyinizin ən gözəl nümunəsidir”.

Report-a istinadən xəbər verilir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti, "Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke Ağdamın işğal öncəsi və yeni görüntülərini paylaşaraq twitterdə yazıb.

"Əlbəttə, bu, Qarabağdan heç bir erməni dinc sakinin qovulması üçün əsas deyil. Lakin mənə (və bütün dünyaya) özünüzün yazıq qurban olduğunuzu və "Azərbaycan terrorçularının” (müəllif ermənilərin təbirincə kinayə ilə vurğulayır ) sizə niyə hücum etməsini anlamadığınızı söyləməyin. Siz onların torpağında döyüşürsünüz. Bunun əksi deyil”, - o qeyd edib.