29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yoluxmada rekord artım

04.11.2020

Dünyada bir həftə ərzində koronavirusa yoluxma sayı rekord həddə çatıb

"Dünyada son bir həftə ərzində koronavirusa yoluxma sayında rekord yenilənib - 3.3 milyon artım”.

RİA Novosti-yə istinadən aldığımız xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Noyabrın 1-nə olan məlumata görə, dünyada, təxminən 46 milyon yeni virusa yoluxma qeydə alınıb. Ölüm sayı 1,2 milyon göstərilib.

Sonra 24 saat ərzində 535 928 nəfərdə yoluxma aşkarlanıb.

Ən çox yoluxma hadisəsi yenə də Avropa bölgəsində (1,7 milyon) olub.

Xatırladaq ki, əvvəlki rekord 19-26 oktyabr həftəsində qeydə alınmışdı.