04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilərin atdığı mərmi Ağcabədidə yaşayış evinə düşdü

03.11.2020

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Ermənilərin ağır artilleriyadan atdığı mərmilərdən biri Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Xəlilov Bərxudar Əziz oğluna məxsus yaşayış evinə düşüb. Nəticədə ev dağılıb.

Onu da qeyd edək ki, 2016-cı ildə də düşmənin atdığı top mərmisi adıçəkilən evə düşübmüş. Dövlət tərəfindən əsaslı təmir olunan ev ermənilərin atəşkəsi pozması nəticəsində yenidən dağılıb.