04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropada Erməni təxribatı ehtimalı

03.11.2020

Səfirlik: Avstriya, Sloveniya və Slovakiyada radikal erməni qrupları tərəfindən təxribatların törədilməsi ehtimalı var

Cari ilin 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü nəticəsində Avstriya, Sloveniya və Slovakiyada yaşayan radikal erməni qrupları tərəfindən nifrət zəminində təxribatların törədilməsi ehtimalı mövcuddur.

Bu barədə Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin yaydığı müraciətdə bildirilib.

"Vətəndaşlarımızı və soydaşlarımızı ehtiyatlı və təmkinli davranmağa, təxribatlara uymamağa çağırırıq. Ehtiyac yarandığı təqdirdə Səfirliyin +43 676 844 509 888 qaynar xətti vasitəsilə əlaqə saxlanılması xahiş olunur. Yazılı müraciətləri Səfirliyin email adresinə ( [email protected] ) ünvanlaya bilərsiniz”, - deyə səfirliyin Avstriya, Sloveniya və Slovakiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciətində qeyd olunub.