06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət

03.11.2020

Koronavirus infeksiyasına yoluxanların sayının əvvəlki aylarla müqayisədə dəfələrlə artması epidemioloji vəziyyəti daha da gərginləşdirir.

Bununla bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi həyəcan təbili çalır.

Qurumun İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib ki, yay aylarında yoluxma sayında azalma olduğuna görə insanlarda arxayınlıq yarandı.

Üstəlik verilən tövsiyələrə, nəzərdə tutulan karantin qaydalarına əməl edilmədiyindən bu günlərdə yolxuma sayında ciddi artım müşahidə olunur. Virusa yoluxanların sayının artmasının başqa səbəbləri də var.

Bundan əlavə tibbi maskadan az istitfadə edilməsi və ya ümumiyyətlə istifadə edilməməsi, ara məsafəsinin gözlənilməməsi və gigiyena qaydalarının arxa plana keçməsi yoluxmanı artıran digər səbəblər sırasındadır.

Nəzərdə tutulan qaydalara əməl edilmədikcə yoluxma sayı artacaq. Bununla da hazırda düşmənlə döyüş əməliyyatlarını icra edən hərbçilərimizin də həyatını təhlükəyə atmış olarıq.

Ön cəbhədə döyüşən hərbçilərə dəstək olmaq, onların sağlamlığına xələl gətirməmək üçün hər kəs özünü koronavirusdan qorumalıdır. Bu isə elə də çətin deyil.