06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vyanada terror aktı, ölənlər və yaralananlar var + VİDEO

03.11.2020

Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında atışma baş verib.

"Dövran Media” TASS-a isitnadən xəbər verir ki. biri polis olmaqla bir neçə nəfər yaralanıb. İnsidenti törədən şəxs özünü partladaraq intihar edib. Polis hazırda hadisənin səbəblərini araşdırır.
Şəhər əhalisinə ictimai yerlərdən və nəqliyyatdan uzaq durmaq, foto, video paylaşmamaq tövsiyə olunub.
Avstriya Daxili İşlər Nazirliyi hadisənin terror aktı olma ehtimalını istisna etməyib.


***

Daxili İşlər naziri Karl Nehammer silahlı hücumu bir neçə nəfərin təşkil etdiyini bildirib.

Onlardan birinin öldüyü, digərinin isə ələ keçirildiyi deyilir. Sinaqoq yaxınlığında ümumilikdə 50 dəfə atəş açıldığı qeyd olunub.

***

Vyanada atışma zamanı 15 nəfər yaralanıb. Bu barədə Vyananın meri Mixael Lüdviq "ORF-2” telekanalının efirində bildirib.

"15 nəfər hospitalizə edilib, onlardan yeddisi ağır yaralanıb”, - şəhər meri deyib.

***

Vyanadakı terror aktı nəticəsində bir neçə nəfər həlak olub, azı bir cinayətkar hələ axtarışdadır. "Dövran Media” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avstriyanın Daxili İşlər naziri Karl Nehammer bildirib.

"Təəssüf ki, bir neçə nəfər yaralanıb, bir neçəsi həlak olub”, - Nehammer mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avstriyalı polisi hücumun iştirakçılarından birini neytrallaşdırmağı bacarıb.

***

Vyanada atışma nəticəsində ölən dinc sakinlərin sayı 2-yə çatıb. Bu barədə şəhər meri Mixael Lüdviq bildirib.

"Öldürülən kişidən sonra daha bir qadın aldığı xəsarətdən dünyasını dəyişib”, - mer "ORF-2” telekanalının efirində deyib.