08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda çəkilən şəkil ayın fotosu elan edildi

28.06.2018

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) növbəti aylıq hesabat jurnalı işıq üzü görüb və quruma üzv olan 190 milli federasiyaya göndərilib.

"Dövran Media"  xəbər verir ki, jurnalı bizim üçün əhəmiyyətli edən əsas məqam iyunun 5-9-da Bakıda keçirilən BMX üzrə dünya çempionatına yer ayrılması və Bakı yarışında çəkilən şəklin UCI tərəfindən "Təşəkkürlər Bakı! Bu, heyranedici dünya çempionatı idi” adı altında ayın fotosu elan edilməsidir.

UCI prezidenti David Lappartyenin milli federasiyalara ünvanladığı müraciətində BMX üzrə Bakı dünya çempionatına da yer ayrılıb:

"İyunun əvvəlində Bakıda keçirilən dünya çempionatı zamanı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Apardığımız müzakirələr olduqca ümidvericidir və bu ölkədə velosipedin gələcəyi ilə bağlı nikbin düşünməyə əsas verir. Şübhəsiz, Azərbaycan hazırda özünü bu sahədə təsdiqləmiş ölkədir” – deyə, David Lappartyen bildirib.