07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moldovada Prezident kim olacaq?

02.11.2020


Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin səsvermə bülletenlərinin sayılmasını başa çatdırıb.

DM Moldova Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, səsvermənin nəticələrinə görə, keçmiş Baş Nazir Maya Sandu seçicilərin 36,16 faizini toplayıb. Hazırkı Prezident İqor Dodon seçicilərin 32,61 faiz səsini qazana bilib.

Digər 6 namizəd isə daha az səs toplayıblar.

Seçki qanunvericiliyinə görə, namizədlərdən biri 50 faizdən çox səs toplamadığı halda, seçkilərin ikinci turu keçirilir. Beləliklə, ikinci turda prezidentliyə namizədlər Maya Sandu və İqor Dodon mübarizə aparacaq. İkinci turun səsverməsi iki həftədən sonra keçiriləcək.