07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Volqoqradda erməni cinayəti böyük əks-səda doğurub

02.11.2020


Volqoqradda erməni əsilli yerli sakinin törətdiyi qətl böyük əks-səda doğurub.

Rusiyanın Volqoqrad şəhərinin sakini Roman Qrebnyuk erməni Arsen tərəfindən vəhşicəsinə döyüldükdən sonra xəstəxanada vəfat edib.

Hadisə orta məktəb şagirdlərinin valideynlərinin "Viber” qrupunda yazışması zamanı yaranmış qalmaqala görə baş verib. Belə ki, 12 yaşı məktəbli qızın atası Roman Qrebnyuk və sinfin digər şagirdinin anası, erməni Anna Melkonyan arasında ev tapşırığı üstündə mübahisə yaranıb. Nəticədə Annanın həyat yoldaşı Aram və qardaşı Arsen guya qadının xətrinə dəydiyi üçün Qrebnyuku cəzalandırmaq qərarına gəliblər. Annanın qardaşı Arsen Qrebnyuku izləyərək bank ofisində yaxalayıb və ona ölümcül zərbə endirib. Roman Qrebnyuk bir həftə xəstəxanada komada qaldıqda sonra vəfat edib.

Arsen Melkonyan həbs edilib. Onun əvvəllər də cinayət məsuliyyətinə cəlb edildiyi məlum olub. Hazırda Volqoqrad sakinləri təkcə Arsenin deyil, həm də onun bacısı və bacısının həyat yoldaşının da cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.