09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Türk Ticarət və Sənaye Palatasının bəyanatı qəbul edilib

02.11.2020

Türk Ticarət və Sənaye Palatasının (TTSP) "Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda keçirilən növbədənkənar iclasının iştirakçıları tərəfindən bəyanat qəbul edilib.

Azərbaycan Sahibkarlar Assosiasiyasından verilən məlumata görə, bəyanatda bildirilir ki, Palata Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı üzrə strateji xəttinə uyğun olaraq, ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi ilə Azərbaycanda çoxminli sahibkarlar sinfinin formalaşmasına, rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisələrin yaradılmasına, nəticədə ölkə məhsullarının xarici bazarlara ixracının artmasına yaradılan əlverişli şəraiti alqışlayır.

Palata Azərbaycanın sosial-iqtisadi inkişafında, iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətlərinə və gördüyü işlərə böyük dəyər verir.